Media üçün Məlumat

    Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi sentyabrda Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq 42-ci Ümumdünya Şahmat Olimpiadasıyla əlaqədar yerli və xarici mətbuat nümayəndələrinin akkreditasiyası prosesinə başlayır. Bakı Şahmat Olimpiadası zamanı mötəbər yarışı işıqlandırmaq istəyən mətbuat nümayəndələrinin qeydiyyatdan keçməsi mütləqdir.

    Bakı Şahmat Olimpiadasına akkreditasiya almaq istəyən KİV nümayəndələrinin aprelin 15-dən iyunun 30-dək qeydiyyat üçün müraciət etmələri xahiş olunur. Qeydiyyatdan keçmək üçün tələb olunanları təqdim edirik:

    1. Qeydiyyatdan keçən şəxsin adı, soyadı

    2. Təmsil etdiyi KİV

    3. Vəzifəsi

    4. 3x4 ölçüdə, elektron formatda şəkil

    5. İş vəsiqəsinin surəti 

    6. Şəxsiyyət vəsiqəsinin surəti

    Yuxarıda qeyd olunanlar iyunun 30-u saat 18:00-a qədər press@bakuchess.com ünvanına göndərilməlidir. Müraciətlərə qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən sonra baxılacaq. Akkreditasiya vəsiqələrinin təqdim olunması barədə əlavə məlumat veriləcək.

    Qeyd edək ki, qeydiyyatdan keçməyənlərə akkreditasiya verilməyəcək.

     

    Xarici Media Nümayəndələri

    Xarici media nümayəndələri Əməliyyat Komitəsinə contact@bakuchess.com ünvanı vasitəsilə müraciət edə bilərlər. Həmin media nümayəndələrinin iştirakı təsdiq olunduqdan sonra onlara rəsmi qeydiyyat sisteminə daxil olmaq üçün link göndəriləcək və burada onlar Təşkilatçılara lazım olan bütün məlumatları qeyd edə biləcəklər.

    Təşkilatçılar qeyd olunan media nümayəndələrinə Bakıya gəldikləri zaman Heydər Əliyev adına Beynəlxaq Hava Limanında viza almaları və onların yerləşdirilməsi zamanı əlverişli qiymətlərin təqdim edilməsində köməklik göstərəcəklər.

    Xarici media nümayəndələrinin qeydiyyatı üçün, eyni zamanda onların akkreditasiya və nəqliyyat xərclərini ödəyəcək müəyyən olunmuş məbləğ 60 Avro təşkil edir.

    FIDE mətbuat nümayəndələri kartlarının sahiblərinə xüsusi qeydiyyat prosesindən keçmələri üçün şərait yaradılacaq və bunun üçün müəyyən edilmiş məbləğ 40 Avro təşkil edəcək.