Qonaqlar üçün Məlumat

    42-ci Şahmat Olimpiadasının tamaşaçılarına oyunları məkandan birbaşa izləməyə icazə verilir.  Giriş pulsuzdur,sadəcə bir necə məqamı yadınızda saxlamaq vacibdir:

    -       Oyunlar saat 15.00-da başlayacaq və axşamadək davam edəcək. Siz oyunları izləmək üçün  istənilən an gələ bilərsiniz, lakin siz oyunları ilk məqamdan bəri izləmək istəyirsinizsə, o zaman biz sizə təhlükəsizlik ilə bağlı yoxlamaları vaxtında bitirmək üçün bir qədər tez gəlməyinizi tövsiyə edirik.

    -       Tamaşaçılara ümumi girişdə yerləşən akkreditasiya masasında akkreditasiyalar paylanılacaq, özünüzlə şəxsiyyəti təsdiq edən sənədi götürməyi unutmayın! “Crystal Hal” u  tərk edən zaman təqdim etdiyiniz sənəd sizə geri qaytarılacaq.

    -       Mobil telefon, planşet, kompyuter və s. bu kimi elektron cihazlar təhvil verilməlidir. Oyunun keçirildiyi məkanı tərk edən zaman onlar sizə geri qaytarılacaq.

    -       Tamaşaçılardan sakitliyə riayət olunmasına xahiş olunur, belə ki, hər hansı bir səs-küy şahmatçıların narahatçılığına səbəb ola bilər. Əgər siz uşaqlarınızı özünüzlə birgə gətirmisinizsə, o zaman onların oyunçulara mane olmamasına əmin olun.

    Şahmat oyunlarını seyr etdikdən sonra, biz bütün tamaşaçıları Şahmat Sərgisi və paralel fəaliyyətlərdən təşkil olunan sahəyə qoşulmağa dəvət edirik, burada həm uşaqlar, həm də böyüklər şahmatla bağlı özləri üçün maraqlı və əyləncəli fəaliyyətləri aşkar edə bilərlər.