Tədbirlər siyahısı

    Məlumat mərkəzləri

    Bakı şəhərinin sakinləri, həmçinin şəhərin qonaqları avqust ayının 4-dən sentyabrın 14-nə kimi 28 May, Metro Park və Park Bulvar alış-veriş mərkəzlərində yerləşən məlumat guşələrinə yaxınlaşaraq Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadası haqqında məlumat ala bilər. Bundan əlavə, sizlərə planlaşdırılmış paralel tədbirlər haqqında da məlumat təqdim olunacaq.

    Olimpiadanın maskotu Şah oğlan Bakıda!

    Bakı 2016 Şahmat Olimpiadasının rəsmi maskotu Şah oğlandır. Rəngarəng və parlaq görünüşə malik olan maskot həm uşaqların, həm də böyüklərin zövgünü oxşayacaq və Olimpiadanın daha maraqlı keçməsinə səbəb olacaq. Şahmat abu-havasını hiss etmək və maskotla şəkil çəkdirmək istəyirsinizsə, avqustun 5-dən sentyabr ayının 14-dək Dənizkənarı Milli Parka və ya alış-veriş mərkəzlərinə gələ bilərsiniz. Çəkdirdiyiniz şəkillərdə #Chessmate hashtag-ındən istifadə etməyi unutmayın.

     

    3D Küçə incəsənəti

    Nəzərinizə çatdırmaq istərdik ki, iyul ayının 24-dən 27-dək tanınmış 3D küçə incəsənətinin nümayəndəsi, rəssam Alex Maksiov Milli Parkda (Kukla teatrının yaxınlığında) reallığı əks etdirən 3D “street-art” əsəri yaradıb. İncəsənət və şahmatsevərlər, həmçinin möhtəşəm rəsmdən zövq almaq istəyən Bakı sakinlərini sentyabr ayının 14-ə kimi bu əsəri seyr etmək və şəkil çəkdirməyə dəvət edirik. Şəkillərinizdə  #BakuChess və #SayChess hashtag-larını qeyd etməyi unutmayın!

    Şahmat fiqurlarının boyanması və Şahmat Festivalı

    30 peşəkar rəssam avqust ayının 20-dən sentyabr ayının 14-ə kimi şəhərdə şahmat və kreativlik abu-havası yaradacaq. 1 metr hündürlüyündə olan şahmat fiqurları peşakar rəssamlar tərəfindən müxtəlif rənglərə boyadılacaq, onların üzərində rəsmlər çəkiləcək. Rənglənmiş fiqurlar Milli Parkda nümayiş etdiriləcək. Şəkil və ya video çəkmək istəyən hər kəsi Şahmat Festivalına dəvət edirik

    Avtobuslar

    Sentyabr ayında keçiriləcək 42-ci Şahmat Olimpiadası ərəfəsində şəhərdə fəaliyyət göstərən xüsusi şahmat mövzusunda tərtib edilmiş dizayna malik avtobuslar yerli əhalini, həmçinin xarici qonaqları Bakının ən mənzərəli məkanlarına aparacaq. Bundan əlavə sərnişinlər müxtəlif şahmatla bağlı tədbirlərdə iştirak edə biləcəklər. Avtobuslar avqust ayının 15-dən sentyabr ayının 14-ə qədər fəaliyyət göstərəcək.

     

    2D Animasiyalı Məzəli Şahmat Fiqurlar

    Avqustun 25-dən sentyabrın 14-ə qədər 2D animasiyalı şahmat fiqurları Bayraq Meydanının ziyarətçilərini əyləndirəcək. Olimpiadanın qonaqları və iştirakçılar şahmat abu-havasını hiss edəcək, məzəli şahmat fiqurları ilə şəkil çəkmək və əylənmək imkanı əldə edəcəklər.

    OYUN ZONASI

       

    Həyəcan, çətinlik və düşündürücü oyunları sevən insanlara xoş xəbərimiz var! 42-ci Şahmat Olimpiadası çərçivəsində keçirilən paralel tədbirlər proqramına, 1 avqustdan 14 sentyabra kimi keçiriləcək və inanılmaz dərəcədə əyləncəli, həmçinin intellektual komanda oyunu daxildir. Qonaqları bu həyəcanlı oyunlarda iştirak etməyə, komanda şəklində yarışmağa və kreativlik, zəka və məntiqlərini sınamağa dəvət edirik.

    Sentyabr ayının 1-dən 14-nə dək Milli Parkın ziyarətçilərini qeyri-adi görünüşə malik Şahmat Kraliçaları qarşılayacaq və əyləndirəcək. Bundan əlavə tanınmış rəqs heyəti tərəfindən nümayiş olunan sirli performans gözəllik və  azad ruhu tərənnüm edəcək. 42-ci Şahmat Olimpiadasının abu-havasını tamamlayan perfomansı izləmək fürsətini qaçırmayın.

    Şahmat Olimpiadası dizaynına malik suvenirlər

    Əlavə olaraq, 42-ci Şahmat Olimpiadası üçün hazırlanan məhsullar, suvenirlər və aksessuarları əldə etmək üçün sentyabr ayının 1-dən 14-ə kimi  xüsusi pavilyonlara yaxınlaşa bilrərsiniz.

    Şahmat mövzusunda landşaft dizaynı

     

    Zərif və incə şahmat formasında dizayn edilmiş landşaft xüsusi şahmat abu-havasını tamamlayacaq və Dənizkanarı Milli Parkın qonaqlarını 1 sentyabr tarixindən sevindirəcək.

    #SayChess və #BakuChess Hashtag-lar

    Sizə məmnuniyyətlə çatdırmaq istərdik ki, avqust ayının 1-dən sentyabr ayının 14-ə kimi Bakı Bulvarının qonaqları “BakuChess” hashtag-ı ilə şəkil çəkdirə və bu şəkillərlə sosial şəbəkələrdə bölüşə bilərlər.

    Şahmat sərgisi

    Sentyabr ayının 1-dən setyabr ayının 14-ə kimi Kristal Zalın əyləncə ərazisində keçiriləcək Şahmat Sərgisi “Şahmatın incəsənətdə rolu” konseptinə həsr olunacaq, şahmatın gözəlliyi və intensivliyini əks etdirəcək. Qonaqları bu sərgidən zövq almağa dəvət edirik. Könüllülər sizin bütün suallarınıza məmnuniyyətlə cavab verəcəklər.

    Şəkil David Lladaya məxsusdu

    Paralel Şahmat Turnirləri

    Paralel şahmat turnirlərinin keçirilməsi sentyabr ayının 1-dən sentyabr ayının 14-ə kimi Kristal Zalda təşkil olunacaq. Uşaqlar və böyükləri bir yerə toplayacaq tədbir sürətli yarışmada iştirak etmək və mükafatlar uğrunda mübarizə aparmaq imkanı verəcək.

    Nəhəng Şahmat Fiqurları

    Avqustun 10-dan sentyabrın 14-ə kimi Bakı Bulvarının ziyarətçiləri üç nəhəng şahmat fiqurları ilə şəkil çəkdirmək və şahmat oynamaq imkanı əldə edəcəklər.

    Şahmat pantomimləri


    Bakı Kristal Zalının əyləncə zonasında  saat 15-dən 19-a qonaqlar şahmat pantomimləriylə görüşmək imkanı əldə edəcək.

    Uşaqlar üçün əyləncə zonası

    Sizləri sentyabr ayının 1-dən 14-ə kimi davam edəcək əyləncə dolu uşaq proqramına qatılmağa dəvət edirik. Proqram “Sevimli bala” uşaq klubu tərəfindən təşkil olunur və hər bir uşağın zövqünü oxşayacaq müxtəlif şahmatla bağlı master-klasslardan ibarətdir.

     

     

     

    Optik İlluziyalar Muzeyi

    Aldadıcı görüntü verən və optik illuziyalar muzeyinə daxil olan Eymsın otağı və əyri güzgülər sizi təəcübləndirəcək, qeyri-adi hisslər yaradacaq. Kristal Zalda yerləşən əyləncə zonasının qonaqlarını illuziyalarla dolu muzeyi sentyabr ayının 1-dən 14-ə kimi ziyarət etməyə dəvət edirik.  Maraqlı şəkillər və inandırıcı illuziyalar size gözləyir.