Şahmat Sərgisi
42-ci Şahmat Olimpiadası ilə yanaşı sentyabr ayının 1-dən 14-dək “Crystal Hall”-da Şahmat Sərgisi keçiriləcəkdir.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi şahmatla bağlı şirkətləri Sərgidə iştirak etməyə və Sərgi vasitəsilə öz fəaliyyətinin təqdim olunması və eyni zamanda məhsullarının satışının həyata keçirilməsinə dəvət edir.
Təşkilatçılar Sərgi iştirakçıları üçün əlverişli şərait yaratmışlar, belə ki, iştirak etmək üçün onlara yalnız Sərginin şərtləri və qaydaları ilə razılaşmaq, Ərizə formasını doldurmaq və stendlərin sifarişi üçün avans məbləği ödəmək lazımdır. Sərgi üçün nəzərdə tutulan yerlərin sahəsi və məbləği 6 m2 və 50 Avrodan başlayır. Təşkilatçılar Sərgi iştirakçılarına onların viza, Bakıda yerləşdirilməsi və gömrük rüsumları ilə bağlı məsələlərində köməklik göstərəcəklər.
Exhibition venue: Crystal Hall, Baku, Azerbaijan Exhibitor Information