Təlimat

    Bakı Şahmat Olimpiadasının Matç Hakimləri üçün    

    Hörmətli Həmkarlar,

    Bildiyiniz kimi, Hakimlər təşkilatçı və turnirin oyunçuları arasında əlaqələndirici bir ünsürdür.

    Onlar nəinki oyunları idarə etməli, eyni zamanda oyunçulara heç bir maneə olmadan və problem yaşanmandan oynamaq üçün ən yaxşı şəraitin yaradılmasını təmin etməlidirlər. Belə ki, onlar oyunlar keçirilən ərazi, avadanlıq, ətraf mühitin mühafizəsi və bütün oyun məkanı üçün qayğı göstərməlidirlər.

    Ən nəhayət onlar oyunçular tərəfindən yol verilə biləcək hər hansı aldadıcı vasitələrin tətbiq edilməsinin qarşısını almalıdırlar.

    Hər hansı bir yarışda Şahmat qaydalarına (art. 12.1, 12.2, 12.3) uyğun olaraq Hakimlərin ümumi vəzifələri:

    a. Onlar Şahmat Qaydalarının ciddi şəkildə əməl olunmasına nəzarət etməlidirlər.

    b. Onlar ədalətli oyunun keçirilməsini təmin etməlidirlər. Bu o deməkdir ki, onlar oyunçuların hər hansı aldadıcı tədbirləri həyata keçirə bilmələrinə qarşı ehtiyat tədbirləri görməlidirlər.

    c. Onlar yarışın maraqları uğrunda fəaliyyət göstərməlidirlər. Onlar oyun üçün yaxşı mühitin olması və oyunçulara maneçiliyin törədilməməsini təmin etməlidirlər. Onlar oyunçuların yarış boyu gedişlərini də nəzarətdə saxlamalıdırlar.

    d. Onlar oyunlara, xüsusilə də, oyunçuların gedişlərinə vaxt çatışmamazlığı şəraitində nəzarət etməli, özləri tərəfindən verilən qərarların həyata keçirilməsini təmin etməli və lazım gəldikdə oyunçular üzərinə cəza tədbirləri tətbiq etməlidirlər.

    Bütün gostərilənləri həyata keçirmək üçün hakimlər lazımi səlahiyyətlərə, sağlam düşüncəyə və tamamilə obyektivliyə malik olmalıdırlar (Şahmat Qaydalarına Giriş).

    Ümumilikdə Olimpiadada hər bir Hakimin idarə etdiyi yalnız bir matç, yəni ümumilikdə dörd (4) oyun olduğunu nəzərə alaraq Matç Hakimləri üçün vacib olan aşağıdakı ümumi təlimatları nəzərdən keçirə bilərik:

    1. Oyunçular, kapitanlar və tamaşaçılara düzgün davranış qaydalarını göstərmək və hörmətcil, ləyaqətli olmaq.

    Onlar oyunlar zamanı hər hansı bir yarana biləcək mübahisələrin qarşısını almalı və turnirin yaxşı görkəminin qorunub saxlanmasına nail olmalıdırlar.

    2. Yarışın hər raundu zamanı matçların 4 oyununa nəzarət etmək.

    Onlar məsuliyyət daşıdığı matç, oyunların gedişlərinə (xüsusilə vaxt üzrə problem yarandıqda) nəzarət etməlidir. Hakimlər üçün oyun sahəsini hər 10-15 dəqiqədən bir siqaret çəkmək və ya digər Hakimlər, tamaşaçılar, rəsmilər və başqa şəxslər ilə söhbət etmək və ya öz oyunlarını nəzarətsiz buraxaraq oyun məkanının digər hissəsində olan başqa oyunlara baxmaq üçün getmək kimi halları qəbul edilməzdir. Hakimlər üçün öz oturacaqlarında oturaq vəziyyətdə qalaraq oyunu nəzarətsiz vəziyyətdə buraxıb qəzet və ya kitab (hətta şahmat kitabları olsa belə) oxuması halı qəbul edilməzdir. Eyni zamanda oyunlar zamanı mobil telefonlar ilə danışmaq halları da hakimlər üçün qəbul edilməzdir. Şahmat qanunlarında göstərilən mobil telefonlara aid qaydalar nəinki oyunçular, kapitanlar və tamaşaçılara, eyni zamanda Hakimlərə də aiddir. Raund zamanı mobil telefondan oyun məkanında istifadə etmək qəti qadağandır.

    Hakimlərin oyun zamanı yerində olmaması və ya oyuna kifayət qədər diqqət ayırmaması və nəticədə mübahisəli hadisə yaranan zaman nə baş verdiyini bilməmələri səbəbindən  oyun zamanı yarana biləcək ən böyük problemlərə gətirə bilər. Oyun zamanı yerində olmayan Hakim iki oyunçu arasında fiqurlara toxunulması halı səbəbindən (rəqiblər oyunçunun əvvəcədən “j’adoube” söyləməsi ilə razı deyillər) yaranmış mübahisəyə dair necə obyektiv qərar qəbul edə bilər? Hakim hadisənin əslində necə baş verdiyini bilmədiyi halda 50% düzgün qərarın verilməsi və 50% səhv qərarın verilməsi ilə öz səlahiyyətlərini və oyunçular arasında etibarlılığını itirə biləcəyi imkanlarına malikdir.

    Əlbəttə, Hakimlər də adi insanlardır və səhv edə bilərlər, lakin onlar bu kimi yarana biləcək problemlərin qarşısını almaq üçün əlindən gələni etməlidirlər.

    3. Öz səlahiyyətlərinin icrası zamanı məsuliyyətli olmağı nümayiş etdirmək.

    Oyunların keçiriləcəyi məkana vaxtında, raundun başlamasından öncə çatmaq və Baş Hakim, Baş Hakimin müavini və Sektor Hakiminin təlimatlarına əməl etmək turnirin möhtəşəm keçirilməsinə yardım olan mühüm məqamlardan biridir.

    4. Komanda ruhunun nümayiş olunması və Olimpiadanın digər Hakimləri ilə mükəmməl şəkildə əməkdaşlıq.

    Yarış zamanı Hakimlərin işi əsasən komanda işindən təşkil olunmuşdur və Hakimlər bir birilərinə dəstək olmalıdır ki, mümkün qədər oyunlar zamanı yarana biləcək hər hansı bir problemin qarşısı alınsın. Hakim nəzarət etdiyi oyuna aid vacib qərarın verilməsində özünü hazırlıqlı hiss etmədiyi anda Sektor Hakimi, ya  Baş Hakimin müavini, ya da Baş Hakim ilə məsləhətləşmək üçün müraciət etməlidir.

    5. Qaydaları öyrənməli və Şahmat Qanunları və Turnir Qaydalarında baş verə biləcək hər hansı bir dəyişikliklərdən xəbərdar olmalıdır.

    Yeni Şahmat Qanunlarının 2014-cü il iyul ayının 1-dən etibarən qüvvəyə mindiyini nəzərə alaraq sizin bütün dəyişikliklər və əlavələrdən xəbərdar olmalı və lazım gəldikdə təcili qərar qəbul etmək istədiyiniz an göstərilənləri tətbiq etməyə hazır olmalısınız. Oyunçular uzun müddət gözləyə bilməzlər və oyun davam etməlidir.  

    6. Elektron saatla davranmaq üçün mükəmməl bacarığa malik olmaq.

    Hakim üçün oyun zamanı düzgün olmayan vaxt göstəricilərinin əks olunduğu elektron saatın düzəlişi və ya qanunsuz olaraq gedişat və ya səhvən heç-heçə haqqında elan verilməsi ilə əlaqədar əlavə vaxtın verildiyi anda oyunçuları uzun müddət gözlətdirməsi halı qəbul edilməzdir.

    7. Rəsmi geyim üslubuna riayət etmək

    Yarış Hakimləri idman tarixinin mötəbər yarışları sırasına daxil olan şahmatın görkəminin daha da artırılmasına yardımçı olmaq üçün düzgün geyim tərzində olmalıdırlar

    8. Ən azı FİDE-nin rəsmi dillərindən biri vasitəsilə oyunçular, kapitanlar, digər hakimlər, rəsmilər ilə ünsiyyət qurmağı bacarmaq.


    Bakıdakı Matç Hakimlərinin ümumi vəzifələri

    Aşağıdakı ümumi vəzifələr Bakı Şahmat Olimpiadasının Matç Hakimlərinə aiddir:

    A. Oyunların başlamasından əvvəl

    a. Matç Hakimi hər raundun başlamasından bir saat öncə oyunların keçiriləcəyi məkana gəlməlidir. Turnirin ilk raundunun başlamasından isə 2 saat öncə məkanda olmalıdırlar.

    Matç Hakimlərinin (Təşkilatçıların qərarına əsasən) oyunlar keçirilən məkandan 7.7 km aralıda yerləşən oteldə yerləşdirilməsini nəzərə almaqla Təşkilatçılar tərəfindən təşkil olunan avtobus vasitəsilə oyunlar keçirilən məkana getmək üçün 15 dəqiqə vaxt sərf oluncaq, Matç hakimləri avtobusları qaçırmamaqda ehtiyatlı olmalıdırlar.  

    b. Bütün oyun məkanı (oyun sahəsi, ayaqyolu, siqaret çəkilən ərazi, təhlil otağı, bar və s.) və texniki şərait (işıq, ventilyasiya, kondisioner, oyunçular üçün kifayət qədər yerin olması və s.) oyunçular və tamaşaçıların gəlişindən öncə diqqətlə yoxlanmalıdır.

    c. Sektor Hakimlərindən Matç üçün nəzərdə tutulan nəticə, Matçla bağlı Protokolların və xallar üçün vərəqləri almaq. Matçla bağlı Protokol siyahısını elan üçün nəzərdə tutulan lövhəyə yerləşdirin. Komandaların oyunçularının masa arxasındakı pozisiyalarına uyğun olaraq Matç Protokolunun elan lövhəsinin digər tərəfində yerləşdirilməsi zamanı ehtiyatlı olun.

    d. Avadanlığın nəzərdən keçirilməsi (şahmat lövhələri, fiqurlar, xallar vərəqəsi, qələmlər).

    e. Masalar, oturacaqlar, oyun sahəsi üçün arakəsmələr, oyunçular üçün adları əks olunan lövhələr və ehtiyac olarsa, federasiyaların bayraqları və ya stol nömrələrini təşkil edin.

    f. Elektron saatları, vaxtın idarə edilməsinin düzgün quraşdırılması, batareyaları və saatların düzgün yerləşdirilməsini  nəzərdən keçirin

    g. Hakimlərin əyləşə biləcəyi öz şəxsi masa ilə oturacağı olacaqdır. Onlar oyunçulara mane olmamaq üçün oyunçuların əyləşdiyi masalara lap yaxın əyləşməməlidirlər. Kapitanların oturacaqları öz komandalarından eyni tərəfdə və məsafədə Hakimdən sağda və solda olacaq.

    h. Hər bir şey oyunçuların gəlişindən öncə, ən azı raundun başlamasından yarım saat qabaq hazır olmalıdır.

    i. Oyunçuların Matç Porotokoluna uyğun şəkildə əyləşməsi və düzgün rənglərinin olmasını nəzərdən keçirin.

    j. Hər iki komandanın oyunçularının iştirak etməsini nəzərdən keçirin. Oyunların başlamasına gecikmə vaxtı 15 dəqiqəyə qədər icazə verilir. Raundun başlanmasından 15 dəqiqə keçdikdən sonra hər hansı bir oyunçunun iştirak etmədiyi təqdirdə dərhal bu barədə Sektor Hakiminə məlumat verin. 

    k. Matçın bir və ya daha çox saatları düzgün şəkildə işləmədiyi təqdirdə, ehtiyat saatlarının haradan (adətən bu saatlar Sektor Hakimlərinin masasında olurlar) əldə edə biləcəyinizi yadınızda saxlayın   

     

    B. Oyunlar zamanı

    a. Raundun başlamasından sonra dərhal 4 saatın düzgün şəkildə işləməsini yoxlayın.

    b. Elektron saatları mütəmadi şəkildə vaxtın idarə edilməsi (hər 30 dəqiqədən bir), zamanı və qeyd olunan gedişləri nəzər salmaqla.

    c. Oyunçuların oyun sahəsini qeyri-adi saylarda tərk etdikləri zaman onların digər oyunçular, kapitanlar, tamaşaçılar və digər şəxslərlə əlaqələrinin olmasını nəzərdən keçirin.  Oyunçulara Hakimə məlumat vermədən oyun məkanını tərk etməyə icazə verilmir. Sektor Hakiminə müvafiq məlumat verin.

    d. Matçın bütün 4 oyunlarına nəzarət edin, xüsusilə də, vaxt ilə problem yarandığı zaman ehtiyac olarsa köməkçiyə yardım olun.  Sektor Hakiminə müvafiq məlumat verin.

    e. Diqqətlə ehtiyac olarsa, Sektor Hakimi ilə bərabər oyunçular tərəfindən (təyin olunmuş ərazidə) verilən heç-heçə elanlarını qərar verməmişdən öncə nəzərdən keçirin. Bu cür məsələlərin müzakirəsi zamanı digər qonşu Hakimlərə sizin qayıdışınıza qədər nəzarət etdiyiniz oyunlarda iştirak edə bilmələri üçün məlumat verin.

    f. Qaydalarda 30 gediş üçün mövcud olan heç heçə qaydasına əasasən (Qara fiqurlara oynayan oyunçu 30 sayda olan gediş bitirməmişdən öncə oyunçular arasında heç-heçə haqqında təklif və ya razılığa icazə verilmir), heç-heçə ilə nəticələnən blankı aldığınız zaman hər iki blankda qeyd olunan gedişlərin saylarını yoxlayın və əgər onlar 30-dan az sayda olarsa, oyunçulardan oyun zamanı qəbul edilən heç-heçə nəticəsi haqqında soruşun.

    Əgər heç-heçə nəticəsi razılıqdan sonra əldə edilibsə (heç-heçəyə dair təklif), oyunçulara 30 gediş üçün mövcud olan heç heçə qaydalarının pozulmasına dair oyundan çıxarılmalarının qarşısını almaq üçün hər ikisinə mənsub 30 gediş bitirilməsinə dair məlumat verilməlidir.

    Əgər heç-heçə nəticəsi “three fold repetition” (üç dəfə təkrarlanma) əsasən əldə edilibsə, Hakim xallar cədvəlini imzalamazdan öncə oyunçular tərəfindən verilən məlumatı yoxlamalı və onlara düzgün proseduru başa salmalıdır (ilk öncə Hakimə məlumat vermək lazımdır və əgər yoxlanışdan sonra hər bir şey düzgün olarsa o zaman heç-heçə nəticəsi ilə olan siyahını imzalayın).

    f. Oyunun sonunda hər iki oyunçu tərəfindən qeyd olunmuş nəticəni onlar masanı tərk etməmişdən öncə yoxlayın və hər iki oyunçu xallar cədvəlini imzaladıqdan sonra nəzərdən keçirin. Nəticə Hakim tərəfindən yox, oyunçular tərəfindən yazılmalıdır.

    g. Hər bir oyunun sonunda Şah fiqurlarını oyunun nəticələrini göstərmək üçün şahmat lövhəsinin orta damalarına yerləşdirin. Mərkəzi ağ damaların üzərində yerləşən Şahlar (e4, d5) oyunun 1-0 ilə bitməsini göstərir. Mərkəzi qara damların üzərində yerləşən Şahlar (e5, d4) oyunun 0-1 ilə bitməsini göstərir. Mərkəzi ağ və qara damaların üzərində yerləşən Şahlar (e4, e5) oyunun heç-heçə ilə bitməsini göstərir. Düzgün nəticələrin göstərilməsində ehtiyatlı olun.

    h. Lövhə üzərində nəticələr və Matç Protokolu siyahısını hər bitən oyunun nəticəsini qeyd etməklə yeniləyin.

    i. Matçın bütün oyunları bitməmişdən öncə oyunlarını davam etdirən oyunçulara mane olmamaq üçün fiqurları şahmat lövhələrindən oyun bitəndən sonra yığışdırmağa tələsməyin.

    j. Hər hansı bir hadisə baş verdiyi an Sektor Hakimi, Baş Hakimin müavini və Baş Hakimə məlumat verin.

    k. Ayaqyolu, siqaret çəkilən ərazi və ya bar sahəsinə getdiyiniz vaxt sizin idarə etdiyiniz oyunları nəzarətsiz saxlamayın. Qonşu Hakimlərdən sizin qayıdışınıza qədər idarə etdiyiniz oyunlarda iştirak etmələrini xahiş edin. Eyni qaydada sizdən bu məsələ ilə bağlı xahiş olunduğu zaman buna əməl edin.

    l. Kapitanlardan öz oyunçuları ilə göz kontaktının qurulmasının qarşısı alınması üçün daim nəzakətlə oyunçularının arxa hissəsində dayanmalarını xahiş edin.  Eyni qayda oyunlarını davam edən və ya artıq bitirən oyunçulara da şamil edilir.

    m. Oyunçu öz kapitanı ilə söhbət etmək istədiyi an Matç Hakimi Hakimin başa düşəcəyi dildə olan bütün söhbətlərdə daim iştirak etməli və qulaq asmalıdır.


    C. Matçın başa çatmasından sonra

    a. Diqqətlə bütün oyunların nəticələrini xal və nəticə siyahılarını yoxlamaqla nəzərdən keçirin

    b. Kapitanlardan nəticələr vərəqəsini (matç üzrə protokol) oyun məkanını tərk etməzdən öncə imzalamağı xahiş edin. Kapitan iştirak etmədikdə sonuncu oyunu başa vuran oyunçudan bu sənədi imzalamağı xahiş edin.

    c. Matç Protokolunda bütün nəticələri elan lövhəsində yerləşdirməklə qeyd edin, bütün şahmat lövhələri və digər avadanlıqları (fiqurlar, nəticə siyahısı, qələmlər, saatlar) növbəti raund üçün hazır edin.

    d. Oyunlara aid nəticə və bütün xallar siyahısını Sektor Hakiminə göndərin. Sizin digər matçlarda yardıma ehtiyacınız ola bilər. Siz icazə alındıqdan sonra oyun məkanını tərk edə bilərsiniz.

     

    Baş Hakim yarışın tam nəzarətinin həyata keçirilməsi və Şahmat Qanunları və Yarış Qaydalarının düzgün təbiq edilməsi üzrə məsul şəxs qismindədir. O bütün texniki avadanlıqların qayğısına qalmalı və oyunçular üçün ən yaxşı şəraitin yaradılmasına nail olmalıdır. O mövcud hakimlər və könüllüləri idarə etməli və onların Baş Hakimin müavini və Sektor Hakimi ilə əmədaşlıq edərək vəzifələri və öhdəliklərini təyin etməlidir. O yarışın rahat şəkildə keçirilməsi və oyunlar vaxtı baş verə biləcək hər hansı bir konkret hadisə və ya mübahisə zamanı qərar qəbul edə bilən məsul şəxs qismindədir. O yarana biləcək mübahisələrin Apellyasiya Komissiyasına göndərilməmişdən öncə həll olunmasına nail olmalıdır.

    Yalnız onun olmadığı zaman bütün öhdəliklər Baş Hakimin müavini və ya Sektor Hakiminə yönləndirilir.

    Oyunlar zamanı uğurlu arbitrajın olması tədbirin möhtəşəm keçirilməsində mühüm rol oynayır.

    Biz sizi Bakıda görməkdən məmnun olardıq.



    Baş Hakimi - IA Faiq Həsənov                                                                      Turnir Direktoru -  IA Takis Nikolopoulos