Kapitanlar üçün

    Püşkatma və nəticələr rəsmi internet səhifəsində; www.bakuchessolympiad.com, Olimpiadanın və Konqresin keçiriləcəyi məkanlarda, eləcə də oyunçuların yerləşdiyi bütün otellərdə və İnformasiya masasında mövcud olacaq.

    Komandaların kapitanlarından xahiş olunur ki, növbəti tur üçün milli komandalarının tərkibini Təşkilatçılara əvvəlki tur bitdikdən sonra və ya yeni turun başlanılmasından əvvəl elan etsinlər. Onlar öz komandasının tərkibi haqqında məlumatı məkanda yerləşən "Püşkatma və Nəticələr" masasına müraciət etməklə və ya mövzu başlığı "komanda tərkibi" olmaqla təşkilatçılara müvafiq elekton poçt vasitəsilə göndərə bilərlər: pairingsandresults@bakuchess.com.

    Komandanın tərkibi haqqında məlumatın təqdim edilməsinin son vaxtı yeni turun başlanılmasından əvvəl saat 10:00-a qədərdir.

    Hər bir kapitana növbəti turda oynayacaq oyunçular üçün yaşıl kartlar veriləcək və oyun başa çatandan sonra onlar Matç Arbitrlərinə qaytarılmalıdır. Kartlar şəxsi mülkiyyət hesab olunur, belə ki, oyunçular arasında hər hansı bir dəyişdirilmə və ya ötürülmə prosesi mümkün olmayacaq. Oyunçulardan yaşıl kartlarının akkreditasiya kartları ilə birgə götürülməsi xahiş olunur. Turda iştirak etməyən oyunçular oyunu izləmək istəyində olduqları zaman qonaqların məkana buraxıldığı girişdən daxil olmaları xahiş olunur.

    https://chess-results.com/teamcomposition.aspx