ABŞ və Çin Bakı Şahmat Olimpiadasının qalibi oldu

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında sonuncu - XI turun görüşləri keçirilib. Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, kişilərdən ibarət əsas millimiz son turda Türkmənistana, ikinci komandamız Boliviyaya qalib gəlib. Üçüncü yığmamız isə Albaniya ilə heç-heçə oynayıb.

Bu nəticələrdən sonra əsas millimiz olimpiadanı 15 xalla 12-ci yerdə başa vurub. İkinci komandamız 14 xalla 26-cı, üçüncü yığmamız isə 13 xalla 49-cu olub.

Olimpiadanın qalibi 20 xalla ABŞ yığması olub. Ukrayna millisi 20 xal toplamasına baxmayaraq, əmsallara görə ikinci yeri tutub. Rusiya 18 xalla üçüncü pillədə qərarlaşıb. İlk “10-luq”da həmçinin Hindistan, Norveç, Türkiyə, Polşa, Fransa, İngiltərə və Peru (hamısı 16 xal) yığmaları yer alıb.

Turnir cədvəli: 1. ABŞ - 20 xal; 2.Ukrayna – 20; 3. Rusiya – 18; …12. Azərbaycan-1 – 15; ...26. Azərbaycan-2 - 14, ...49. Azərbaycan-3 - 13.

Qadınlardan ibarət əsas yığmamız olimpiadanı Malayziya üzərində qələbə ilə başa vurub. İkinci komandamız İrana uduzduğu halda, üçüncü millimiz Makedoniyaya qalib gəlib.

11 turda 16 xal toplayan qadınlardan ibarət əsas millimiz 8-ci yeri tutub. İkinci və üçüncü komandalarımız 13 xal yığıblar. Əmsallara görə üçüncü yığmamız 30-cu, ikinci millimiz isə 32-ci olub.

XI tur

Kişilər

Türkmənistan - Azərbaycan-1 - 1:3

Maksat Atabayev - Teymur Rəcəbov - 0.5:0.5

Yusup Atabayev - Rauf Məmmədov - 0.5:0.5

Saparmırat Atabayev - Arkadi Naydiç - 0:1

Xandzar Odyev - Eltac Səfərli - 0:1

Azərbaycan-2 - Boliviya - 3:1

Vasif Durarbəyli - Xose Daniel Cemi - 0:1

Nicat Abbasov - Luis Migel Aqillar - 1:0

Ülvi Bacarani - Anoday Delqadillo - 1:0

Namiq Quliyev - Alexandro Parraqa - 1:0

Azərbaycan-3 - Albaniya - 2:2

Vüqar Əsədli - Erald Dervişi - 0.5:0.5

Nail Bəşirli - Dritan Mehmeti - 1:0

Abdulla Qədimbəyli - İlir Seitaj - 0.5:0.5

Pərviz Qasımov - Frants Aşiku - 0:1

Qadınlar

Azərbaycan-1 - Malayziya - 3:1

Zeynəb Məmmədyarova - Li Tinq Tan - 0.5:0.5

Günay Məmmədzadə - Aliya Bakri - 0.5:0.5

Aydan Höccətova - Nur Nabilya Azman - 1:0

Nərmin Kazımova - Puteri Rifqax Azxar - 1:0

İran - Azərbaycan-2 - 3.5:0.5

Sarasadat Xademalşariex - Türkan Məmmədyarova - 1:0

Atousa Purkaşian - Nərmin Xələfova - 1:0

Mitra Xidjazipur - Ülviyyə Fətəliyeva - 1:0

Qazal Hakimifard - Nərgiz Umudova - 0.5:0.5

Makedoniya - Azərbaycan-3 - 0:4

Monika Stoykovska - Nərmin Məmmədova - 0:1

Boyana Beyatoviç - Xanım Balacayeva - 0:1

Draqana Nikolovska - Gövhər Beydullayeva - 0:1

İvana Manova - Ayan Allahverdiyeva - 0:1

Qadınların yarışında Çin olimpiadanın qalibi olub. Eyni xala malik Polşa və Ukrayna müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüb.  

 Turnir cədvəli: 1. Çin - 20 xal; 2. Polşa - 17; 3. Ukrayna – 17; ...8. Azərbaycan-1 - 16, ...30. Azərbaycan-2 – 13; ...32. Azərbaycan-3 - 13.