2020--ci ildə Şahmat Olimpiadası Xantı-Mansiyskdə keçiriləcək

2020-ci il Ümumdünya Şahmat Olimpiadası Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək. Bu barədə qərar FİDE-nin Bakıda keçirilən Baş Assambleyasında qəbul edilib. Xantı-Mansiysklə yanaşı Argentina və Slovakiya şəhərləri də mötəbər yarışa ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Müzakirələrdən sonra FİDE Xantı-Mansiyskə üstünlük verib. 

Xatırladaq ki,  2018-ci il Olimpiadası Gürcüstanın Batumi şəhərində təşkil olunacaq.